ATƏT PA sədri Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsinin təyinatı məsələsinin yaxın vaxtlarda həll ediləcəyini bildirib

ATƏT PA sədri Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsinin təyinatı məsələsinin yaxın vaxtlarda həll ediləcəyini bildirib
# 07 iyul 2011 15:50 (UTC +04:00)
Sessiyada iştirak edən Azərbaycan parlament nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələ qaldırıb. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova assambleya sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsinin təyinatı məsələsini qaldırıb. Assambleya sədri Petros Eftemiu bu məsələnin yaxın vaxtlarda həll ediləcəyini bildirib.

Assambleyanın ümumi iclasında ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis çıxış edərək regiona səfərindən, görüşlərindən danışıb, Dağlıq Qarabağ münaqişənin hələ də həll olunmadığından təəssüf hissi keçirdiyini, problemin həlli istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.

ATƏT sədri məsələ ilə bağlı B. Muradovanın sualına cavab olaraq deyib ki, Azərbaycan və Ermənistan özləri ayrı-ayrılıqda Minsk qrupunun fəaliyyətinə qiymət verməlidir. Qrup çoxlu təkliflər irəli sürüb və irəli sürməkdə davam edir. Hər iki ölkənin təkliflərə reaksiyaları təhlil olunmalıdır.

Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Azay Quliyev həmsədrlərin assambleya qarşısında çıxış etməsinin mümkünlüyü məsələsini qaldırıb, Ermənistanın hər zaman danışıqları pozmaq cəhdlərini tənqid edib, buna qiymət verilməsinin vacibliyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR