Rusiya XİN: Kazan görüşü tərəflərin sülh sazişinin işlənib hazırlanması üzrə əsas prinsipləri qəbul edəcəyinə ümid yaradıb

Rusiya XİN: Kazan görüşü tərəflərin sülh sazişinin işlənib hazırlanması üzrə əsas prinsipləri qəbul edəcəyinə ümid yaradıb
# 08 iyul 2011 09:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç deyib. A. Lukaşeviç bunu İran parlamentinin sədri Əli Laricaninin ATƏT-in Minsk Qrupu formatının dəyişdirilməsi və İranın bu prosesə qoşulması təklifinə Kremlin münasibətini açıqlayarkən söyləyib. O qeyd edib ki, bu yaxınlarda Kazanda Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentləri ilə üçtərəfli görüşü bu çətin prosesdə tərəqqiyə və tərəflərin sülh sazişinin işlənib hazırlanması üzrə əsas prinsipləri qəbul edəcəyinə ümid yaradıb: “Təkrar edirəm söhbət uzun illər ərzində formalaşmış bir formatdan gedir. ATƏT-in Minsk Qpunun yaradılması 90-ci illərin əvvələrinə gedib çıxır. Münaqişənin inkişafının müxtəlif mərhələlərinə baxmayaraq, qrup nümayiş etdirb ki, onun potensialı tükənməyib. Həmsədrlər məsuliyyətlə və əzmlə hərəkət edərək Bakı və İrəvana razılığa gəlməyə yardımçı olurlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR