Avstriyanın bələdiyyə nümayəndələri Azərbaycana gələcək

Avstriyanın bələdiyyə nümayəndələri Azərbaycana gələcək
# 08 iyul 2011 10:40 (UTC +04:00)
Bu barədə APA-ya Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer-Kaybiç məlumat verib. O bildirib ki, səfər həm də Avstriya prezidenti Xaens Fişerin Azərbaycana səfəri üçün hazırlıq xarakteri daşıyacaq.

Diplomat deyib ki, Avstriya nümayəndə heyətinin səfərində əsas diqqət iqtisadi məsələlərə yönələcək: “Səfər çərçivəsində Azərbaycan nazirlikləri ilə əməkdaşlıq şəraitində texnologiyalara həsr olunmuş 3 günlük proqram həyata keçiriləcək. Bundan başqa, biznes-forum və mədəni proqram təşkil olunacaq”.

Xatırladaq ki, Avstriya prezidenti X. Fişer bu ilin oktyabr ayında Azərbaycana gələcək. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin və memorandumların imzalanması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR