Azərbaycan prezidenti Belarusun baş nazirini qəbul edib

Azərbaycan prezidenti Belarusun baş nazirini qəbul edib
# 08 iyul 2011 15:00 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev iyulun 8-də Belarusun baş naziri Mixail Myasnikoviçi qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın Belarusla bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.

İqtisadi sahədə, energetika sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı investisiyalar baxımından yaxşı perspektivlərin olduğunu vurğulayan prezident İ. Əliyev yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.

Gəncə Avtomobil Zavodunda Azərbaycanla Belarusun birgə layihələrinin uğurla həyata keçirildiyini vurğulayan dövlət başçısı bunu iqtisadi əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib. Belarusun Azərbaycana dost dövlət olduğunu və ölkələrimizin bütün qurumları arasında yüksək səviyyədə əlaqələrin yaradıldığını qeyd edən prezident İ. Əliyev M. Myasnikoviçin səfərinin əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.

Öz növbəsində, M. Myasnikoviç ölkələr arasında həyata keçirilən birgə layihələrə, o cümlədən Gəncə Avtomobil Zavodunda Azərbaycanla Belarusun birgə həyata keçirdiyi layihələrə verdiyi dəstəyə görə prezident İ. Əliyevə minnətdarlıq edib. O, Gəncədəki müəssisədə olarkən yeni istehsal sahələrinin açılışında iştirak etdiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR