Serqey Lavrov ABŞ-a səfəri çərçivəsində Hillari Klintonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Serqey Lavrov ABŞ-a səfəri çərçivəsində Hillari Klintonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
# 11 iyul 2011 08:00 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-i məlumat yayıb.

Vaşinqtona səfəri ərəfəsində S. Lavrov Rusiya mətbuatına müsahibəsində bildirib ki, amerikalı həmkarı Hillari Klintonla qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək. Bu arada isə bir sıra erməni kütləvi informasiya vasitələri Lavrovun Klintonla müzakirə edəcəyi mövzular arasında Qarabağ münaqişəsinin olduğunu xəbər verir.

Bildirilir ki, Lavrov Klintona prezident Medevdyevin son təşəbbüslərinin mahiyyətini açıqlayacaq, həmçinin Azərbaycan və Ermənistan liderlərinə ünvanlanmış məktubunun məzmunu barədə Amerika tərəfini məlumatlandıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR