Şamaxıda 22 yaşlı oğlan elektrik vurması nəticəsində ölüb

Şamaxıda 22 yaşlı oğlan elektrik vurması nəticəsində ölüb
# 11 iyul 2011 18:10 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov-APA. Şamaxı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Rayon polis şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə hadisə bu gün səhər saatlarında rayonun Avaxlı kəndində qeydə alınıb. Kənd sakini 1989-cu il təvəllüdlü Sultanov Hakim Hasil oğlu atasına məxsus həyətyanı sahədə ot biçərkən qırılaraq yerə düşmüş elektrik naqilinə toxunub və cərəyan vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR