Rumıniyanın hakim partiyasının nümayəndə heyəti Səbail rayon İcra Hakimiyyətində olub

Rumıniyanın hakim partiyasının nümayəndə heyəti Səbail rayon İcra Hakimiyyətində olub
# 15 iyul 2011 09:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti bu gün Səbail rayon İcra Hakimiyyətində olub. APA-nın məlumatına görə, qonaqları qəbul edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov onları Səbaildə görməkdən məmnun olduğunu bildirib. O, nümayəndə heyətinə rəhbərlik edən Buxarest şəhərinin II sektorunun meri Nekulay Ontsanunun Səbail rayonunun fəxri vətəndaşı olduğunu xatırladıb. A. Əsgərov rayonla bağlı qonaqlara ətraflı məlumat verib.

Nümayəndə heyətinə rəhbərlik edən Buxarest şəhərinin II sektorunun meri Nekulay Ontsanu Bakının ürəyi sayıla bilən Səbail rayonunun fəxri vətəndaşı olmaqdan məmnunluq hissi keçirdiyini bildirib. O, Rumıniyanın bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini də vurğulayıb.

Sonda qonağa xatirə hədiyyələri verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR