Azərbaycanın Türkiyədəki səfiri Samsunda işgüzar səfərdə olub

Azərbaycanın Türkiyədəki səfiri Samsunda işgüzar səfərdə olub
# 15 iyul 2011 11:06 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iyulun 14-də Samsun vilayətində işgüzar səfərdə olub. Səfirlikdən APA-ya verilən xəbərə görə, səfər zamanı Samsun valisi Hüseyn Aksoy, Samsun Bələdiyyəsinin baş katibi Kənan Şara və Samsun Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Salih Zəki Murzioğlu ilə görüş keçirilib. Görüşlər zamanı iki ölkənin regionları arasında əməkdaşlığın və iş adamları arasında əlaqələrin inkişaf imkanları müzakirə olunub. F. Bağırov həmsöhbətlərinə Azərbaycanla əlaqəli hədiyyələr təqdim edib.

Samsun limanı ilə tanış olan diplomat yerli iş adamları ilə Samsun Ticarət və Sənaye Palatasında görüş keçirib. Görüşdə 40-a yaxın sənaye müəssisəsinin nümayəndəsi iştirak edib. Səfir iş adamlarına Azərbaycandakı investisiya imkanları barədə məlumat verib. Görüşdə iştirak edən AZPROMO-nun nümayəndəsi Rüfət Məmmədov Azərbaycandakı münbit investisiya mühiti barədə ətraflı təqdimat keçirib. İş adamlarına təbliğat xarakterli materiallar paylanılıb

Sonda F. Bağırov Samsundakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR