Amerikanın nüfuzlu “Foreign Policy” jurnalı: Dağlıq Qarabağ məsələsi Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsinə ciddi maneə və strateji əməkdaşlığa təhlükədir

Amerikanın nüfuzlu “Foreign Policy” jurnalı: Dağlıq Qarabağ məsələsi Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsinə ciddi maneə və strateji əməkdaşlığa təhlükədir
# 22 iyul 2011 08:49 (UTC +04:00)
APA-nın məlumatına görə, “Xəzərin enerji oyunundakı böyük stavka” adlı məqalədə ötən əsrin 90-cı illərindən bu günə kimi Azərbaycanın Qərb, Rusiya və İran kimi qütblər arasında yürütdüyü enerji siyasəti təhlil olunub.

Qərb üçün “Nabucco”nun mühüm layihə olduğunu qeyd edən yazı müəllifləri Deniel Vagner və Luka Kosta belə qənaətə gəlirlər ki, bu layihənin baş tutub-tutumaması Azərbaycan və Xəzər regionun enerji ilə zəngin digər dövlətlərindən asılıdır.

“Borunun qazla doldurulması barədə Amerika və Avropanın edə biləcəyi bir iş yoxdur. Bundan savayı, Bakı ilə Vaşinqtonun hazırkı mərhələdə münasibətləri ən parlaq dövrünü yaşamır. Bakı Amerikanın etibarlı tərəfdaşı olduğunu isbatlamaq üçün çoxlu sayda siyasi kapital yatırıb, lakin bu region Obama hökumətinin xarici siyasət prioritetləri siyahısına daxil deyil. Bakı, həmçinin Amerikanın Dağlıq Qarabağ məsələsindəki ermənipərəst mövqeyi ilə barışmır. Rəsmi Bakı üçün heç də ikinci dərəcəli məsələ olmayan Qarabağ münaqişəsi Azərbaycan cəmiyyətinin köklü problemi və ölkə üçün milli qürur məsələsidir. Bu məsələ iki ölkə arasında münasibətlərin genişləndirilməsinə ciddi maneə və onların strateji əməkdaşlığına təhlükə mənbəyidir”, - deyə məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, görə, Vaşinqton Bakı ilə ümumi dil tapmasa, Moskva ilə apardığı regional təsir uğrunda mübarizəni uduza bilər: “Belə olan halda proses Vaşinqton və region üçün əhəmiyyətli siyasi və strateji itkilərlə nəticələnə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR