SAM-da ABŞ-Azərbaycan münasibətləri ilə bağlı müzakirələr keçirilib

SAM-da ABŞ-Azərbaycan münasibətləri ilə bağlı müzakirələr keçirilib
# 22 iyul 2011 10:29 (UTC +04:00)
SAM-dan APA-ya verilən məlumata görə, qonaqlara mərkəzin fəaliyyəti - nəşr edilmiş elmi dərgilər, beynəlxalq “beyin mərkəzləri” ilə genişlənən elmi-analitik münasibətlər və onlarla əməkdaşlıq çərçivəsində həyata keçirtdiyi cari və perspektivli layihələr haqqında məlumat verilib. Daha sonra SAM-da Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanın daxili və xarici siyasət prioritetləri mövzusunda dəyirmi masa formatında müzakirələr keçirilib. Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin hazırkı durumu, iki ölkə arasında siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlığın gələcək perspektivləri ilə yanaşı son zamanlar Cənubi Qafqaz bölgəsində baş verən geosiyasi proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar, regional əməkdaşlıq məsələləri, enerji təhlükəsizliyi, enerji layihələrinin Cənubi Qafqaz bölgəsində sabitliyə və təhlükəsizliyə təsiri, beynəlxalq təhlükəsizlik problemlərini və regionun geosiyasəti üçün önəmli olan digər bu kimi prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Truman Milli Təhlükəsizliyi Layihəsinin məqsədi ABŞ-da yeni nəsil milli təhlükəsizliyə liderlik edərək, güclü proqressiv milli təhlükəsizlik siyasətini irəli çəkən bütün ölkələrdə liderlərin nüfuz qüvvəsini yaratmaq üçün onlara bacarıqlarını, biliyini nümayiş etdirmək imkanı qazandırmaq və onlar arasında şəbəkələşməni təmin etməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR