Ermənistanda istehlak edilən məhsulların 80%-i Türkiyə istehsalıdır

Ermənistanda istehlak edilən məhsulların 80%-i Türkiyə istehsalıdır
# 22 iyul 2011 16:18 (UTC +04:00)
APA-nın Türkiyənin “Kafkas” xəbər agentliyinə (KHA) istinadən verdiyi məlumata görə, bunu Qarsda yayımlanan “Serhat TV” kanalının sahibi Əlican Əlibəyoğlu NTV kanalında yayımlanan verilişlərdən birində bildirib.

“Ermənistana tətbiq edilən sözdə embarqo çoxdan aradan qalxıb. Sərhəd qapılarının açıq olması isə Qarsa və bölgəyə böyük iqtisadi imkanlar yaradacaq”, - deyə Ə. Əlibəyoğlu bildirib.

Ə. Əlibəyoğlunun sözlərinə görə, Türkiyə və Ermənistan təyyarələri həftədə 3 dəfə qarşılıqlı uçuşlar həyata keçirir, həmçinin 70 mindən artıq Ermənistan vətəndaşı Türkiyədə qaçaq işçi olaraq çalışır ki, bu da embarqonun sözdə olduğunu göstərir: “Bu simvolik embarqo isə yalnız Qarsı cəzalandırır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR