Polşa prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

Polşa prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb
# 25 iyul 2011 07:27 (UTC +04:00)
APA-nın məlumatına görə, B. Komorovskini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Hava limanının ali qonaqlar üçün salonunda B. Komorovski və Y. Eyyubov arasında qısa protokol söhbəti olub.

APA-nın Polşa prezidentinin internet saytına istinadən verdiyi məlumata görə, bu, Bronislav Komarovskinin Azərbaycana ilk səfəridir. Səfər zamanı polyak lideri Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Danışıqlardan sonra dövlət başçıları xarici siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahəsində əməkdaşlığı ehtiva edən bir sıra sazişlərə imza atacaqlar.

Səfər gedişində iki ölkə arasında 2011-2013 illəri əhatə edən mədəniyyət sahəsində əməkdaşlığa dair, baytarlıq qurumları arasında və informasiya sahəsində əməkdaşlığa dair sazişlərin imzalanacağı gözlənilir. Polşa prezidentinin saytında bildirilir ki, Bakı təmasları zamanı enerji mövzuları, xüsusən Odessa-Brodı xətti layihəsi və Azərbaycan neftinin Polşaya nəqli imkanları ətraflı müzakirə ediləcək. Komarovski həmçinin Fəxri xiyabanı və Şəhidlər xiyabanına baş çəkəcək, 20-ci əsrin əvvəllərində Bakının inkişafına töhfə vermiş polyak əsilli Pavel Pototskinin məzarına baş çəkəcək. Komarovskinin Azərbaycan-Polşa biznes-forumunda iştirakı da gözlənilir. Sonda Polşanın dövlət başçısı İçərişəhərlə tanış olacaq. B. Komarovskinin səfəri iyulun 26-da başa çatacaq.

O, Azərbaycanda Gürcüstana yola düşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR