Azərbaycan hökuməti Serbiyada xristian pravoslav kilsəsini və Belqraddakı “Bayraqlı” məscidini rekonstruksiya etdirəcək

Azərbaycan hökuməti Serbiyada xristian pravoslav kilsəsini və Belqraddakı “Bayraqlı” məscidini rekonstruksiya etdirəcək
# 26 iyul 2011 07:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Serbiyanın rəsmi xəbər agentliyi olan «Tanjug»a müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov bildirib.

Səfirin sözlərinə görə, iyun ayında Azərbaycan prezidenti İlham Əliyevin Belqrad səfəri zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilib.

E. Həsənov ayrıca bosniyalıların sıx şəkildə yaşadığı Sancak bölgəsindəki Yeni Bazar şəhərində mədəniyyət mərkəzinin inşasının həyata keçiriləcəyini də bildirib.

Səfir əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən bir müddət əvvəl Belqraddakı «Taşmaydan» parkını rekonstruksiya edib. Parkda sabiq prezident Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin heykəlləri qoyulub. Həmçinin məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Voyvodina bölgəsindəki Novi Sad şəhərində heykəli açılıb. Bundan başqa, Azərbaycan qaçqın və kimsəsiz serb uşaqları üçün humanitar yardım göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR