Azərbaycan XİN başçısı: “Dağlıq Qarabağ münaqişənin həllinin uzanması regiondakı gələcək inkişafı proqnozlaşdırmağa imkan vermir”

Azərbaycan XİN başçısı: “Dağlıq Qarabağ münaqişənin həllinin uzanması regiondakı gələcək inkişafı proqnozlaşdırmağa imkan vermir”
# 26 iyul 2011 12:21 (UTC +04:00)
APA-nın məlumatına görə, E. Məmmədyarov Azərbaycanda bütün sahələrdə sürətlə gedən inkişaf prosesi və ölkənin gündən-günə artan regional rolu barədə məlumat verib.

Britaniya-Azərbaycan münasibətləri və Britaniya şirkətlərinin Azərbaycandakı aktiv fəaliyyəti barədə danışan nazir Britaniya ilə əməkdaşlığın təkcə neft yox, həmçinin qeyri-neft sahəsində də inkişaf etdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara toxunan nazir Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılmasının zəruriliyini və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş, özündə bu tələbi əks etdirən bir sıra sənədlərin bunun üçün hüquqi əsas təşkil etdiyini vurğulayıb, münaqişənin həllinin uzanmasının regiondakı gələcək inkişafı proqnozlaşdırmağa imkan vermədiyini qeyd edib.

Öz növbəsində, qonaqlar Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf etdirilməsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Onlar Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidvar olduqlarını bildiriblər.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR