İspaniyada “İqtisadiyyatın bərpa olunması üçün yeni bazar imkanları - Azərbaycan” adlı kitab nəşr olunub

İspaniyada “İqtisadiyyatın bərpa olunması üçün yeni bazar imkanları - Azərbaycan” adlı kitab nəşr olunub
# 26 iyul 2011 15:06 (UTC +04:00)
Bakı-APA. İspaniyanın İqtisadi və Maliyyə Elmləri üzrə Kral Akademiyası (Real Academia de Ciencias y Financieras) tərəfindən “İqtisadiyyatın bərpa olunması üçün yeni bazar imkanları-Azərbaycan” adlı ispan dilində kitab buraxılıb. APA-nın XİN mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bu tədqiqat işi professor Qorxmaz İmanovun rəhbərliyi altında Azərbaycanın bir qrup iqtisadçıları ilə Kral Akademiyanın tədqiqatçılarının sıx əməkdaşlığının nəticəsidir. Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən bildiriblər ki, Qorxmaz İmanov 2011-ci ilin fevral ayında İspaniyanın İqtisadi və Maliyyə Elmləri üzrə Kral Akademiyasının qızıl nişanı ilə təltif edilib.

Kitabda statistik məlumatlara geniş yer verilərək, həm milli həm də beynəlxalq mənbələrə istinad edilib, müasir proqnozlaşdırılma və modelləşdirmə metodlarından istifadə olunub. Həyata keçirilmiş tədqiqat və analiz əsasında, Azərbaycan sabit və yüksək inkişaf dinamikası ilə seçilən, böyük inkişaf potensialı olan, beynəlxalq iqtisadi münasibətlərdə nüfuzu daima artan və İspaniya üçün mühüm tərəfdaş kimi qələmə verilir.

Kitab iki ölkənin elm nümayəndələrinin İspaniya hökumətinə bir növ tövsiyə xarakterli vasitə olmaqla İspaniyanın hazırkı ictimai-iqtisadi vəziyyətdən çıxmaq üçün müvafiq praktiki tədbirlərin işlənib hazırlanaraq yeni bazarlara çıxmasını tövsiyə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR