Milli QHT Forumunun prezidenti ABŞ səfiri ilə görüşüb

Milli QHT Forumunun prezidenti ABŞ səfiri ilə görüşüb
# 03 avqust 2011 13:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Milli QHT Forumunun prezidenti Rauf Zeyni ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə görüşüb. Forumdan APA-ya verilən məlumata görə, görüşdə R. Zeyni səfirə forum haqda məlumat verib, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, nailiyyətləri və problemləri haqda danışıb.

Səfir isə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında ABŞ-ın maraqlı olduğunu qeyd edib və bu sektorun problemləri ilə maraqlanıb.

Söhbət zamanı vətəndaş cəmiyyətinin bundan sonrakı inkişaf mərhələləri haqında da danışılıb. Həmçinin, görüşdə QHT-lərin inkişafı üçün münbit şəraitin yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, QHT hökumət münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, regionda sülhün stabilliyin daimi təmin olunması və digər məsələlər də geniş müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR