Rusiya və Qazaxıstanın səfirləri Qəbələdə MDB ölkələrinin gəncləri ilə görüşüblər

Rusiya və Qazaxıstanın səfirləri Qəbələdə MDB ölkələrinin gəncləri ilə görüşüblər
# 11 avqust 2011 21:28 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Gənclər və İdman Nazirliyinin və MDB-yə üzv Ölkələrin Hökumətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Qəbələ rayonundakı keçirilən “MDB ölkələri tələbə liderlərin yay məktəb-düşərgəsi”nin iştirakçıları Rusiya və Qazaxıstanın ölkəmizdəki səfirləri ilə görüşüblər. APA-nın məlumatına görə avqustun 11-də “Yeddi gözəl” istirahət mərkəzində keçirilən görüşdə diplomat Vladimir Doroxin və Serik Primbetov beynəlxalq yay məktəb-düşərgəsində iştirak edən Azərbaycan, Rusiya, Ukrayna, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Moldova və Belarusun müxtəlif ali məktəblərində təhsil alan tələbələrin suallarını cavablandırıblar.
Səfirlər MDB-yə üzv ölkələrin dostluq əlaqələrinin gənclər tərəfindən də davam etdirilməsini və Azərbaycanda bu beynəlxalq yay düşərgəsinin ilk dəfə təşkil edilməsini müsbət qiymətləndirib, bu düşərgənin hər il bir ölkədə, o cümlədən Qazaxıstan və Rusiyada da davam etdirilməsininin vacibliyini bildiriblər. Qonaqlar gənclərin bu düşərgədə natiqlik, komanda işi, təşkilatçılıq, dünya görüşün artırılması kimi bacarıqlara yiyələnməsini yüksək qiymətləndiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR