Almaniya səfiri Herbert Kvelle Şəmkir rayonuna səfər edib

Almaniya səfiri Herbert Kvelle Şəmkir rayonuna səfər edib
# 23 avqust 2011 09:06 (UTC +04:00)
Şəmkir rayon İcra hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, almanı diplomatın rayona səfəri icra hakimiyyətində icra başçısı Nazim Veysovla ikitərəfli görüşlə başlayıb. Daha sonra səfir rayon rəhbərliyinin müşayiəti ilə “İstiqlal” parkını gəzib, vaxtilə almanlar tərəfindən salınan küçələrlə tanış olub. Diplomata son illər Şəmkirdə görülən işlər barədə məlumat verilib. Səfər çərçivəsində səfir Herbert Kvelle 1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsində də olub. Səfir kilsə, mədəniyyət evi, Müəllimlər Evi və tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərmiş və hal-hazırda qəzalı vəziyyətdə olan kilsənin əsaslı təmiri üçün məqsədyönlü addımlar atılacağını bildirib.
Şəmkirə səfəri çərçivəsində alman diplomat Qaracəmilli kəndi ərazisində arxeoloji qazıntı aparan beynəlxalq Şəmkir-Qaracəmilli arxeoloji ekspedisiyasına baş çəkib, qazıntıda iştirak edən alman arxeoloqlarla görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR