Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb - FOTOSESSİYA

Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb - <font color=red>FOTOSESSİYA </font>
# 24 avqust 2011 14:01 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb. APA-nın məlumatına görə, bayrağı Liviyanın müvəqqəti işlər vəkili Naci Qəzalə qaldırıb. O jurnalistlərə açıqlamasında “Bu gün biz Liviyanın bayramını, Liviya inqilabçılarının qələbəsini qeyd edirik. Şükürlər olsun ki, artıq diktator Müəmmər Qəddafi devrilib. Biz bunu sevinclə qeyd edirik”, - deyib.

Müvəqqəti işlər vəkili bildirib ki, bu bayrağın qaldırılması deməkdir ki, səfirlik Liviyanın Milli Keçid Şurasını tanıyır və “diktator Qəddafiyə artıq tabe deyil”.

O, həmçinin bildirib ki, artıq dünyanın 60 ölkəsi Liviyanın Milli Keçid Şurasının legitimliyini tanıyıb: “İnanırıq ki, yaxın zamanlarda Azərbaycan da Liviyanın Milli Keçid Şurasını tanıyacaq”.

Jurnalistlərin suallarını cavablandıran müvəqqəti işlər vəkili bildirib ki, Liviyanın paytaxtı Tripoli şəhəri tam şəkildə Milli Keçid Şurasının nəzarəti altındadır: “Xırda problemlər var, amma o problemlərdə yaxın günlərdə aradan qaldırılacaq”.

Diplomat Müəmmər Qəddafinin hazırda yerinin məlum olmadığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR