Elmar Məmmədyarov bir sıra ölkələrin BMT yanında daimi nümayəndələrini qəbul edib

Elmar Məmmədyarov bir sıra ölkələrin BMT yanında daimi nümayəndələrini qəbul edib
# 25 avqust 2011 14:56 (UTC +04:00)
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı nazir qonaqları salamlayaraq, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yol və bu il müstəqilliyinin bərpasının 20 illiyinin qeyd edildiyini qonaqların nəzərinə çatdırıb. Nazir Elmar Məmmədyarov ölkənin enerji siyasəti, Avropa və dünya bazarının Azərbaycanın hidrokarbon ehtiyatları ilə təchiz edilməsi, qədim İpək Yolu üzərində qurulmuş nəqliyyat layihələri və Azərbaycanın bu layihələrdə iştirakı, Şərq və Qərbi birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu layihəsi və digər regional və beynəlxalq əhəmiyyətli layihələr haqqında qonaqları ətraflı məlumatlandırıb.
Azərbaycanın ən ağrılı problemi olan Dağlıq-Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən nazir Elmar Məmmədyarov, münaqişənin həllində artıq beynəlxalq aləm tərəfindən status-kvonun saxlanılmasının qəbul olunmaz olduğunun qeyd edildiyini və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü vurğulayıb.
Nazir səfirlərin bu səfər zamanı ölkəmizin potensialı ilə yaxından tanış olmağa fürsət əldə etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü üçün irəli sürdüyü namizədliyinin dəstəklənməsinə çağırıb.
Sonra nazir Elmar Məmmədyarov qonaqlarla Azərbaycanda və regionda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR