Avropa İttifaqı Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndə təyin edib

Avropa İttifaqı Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndə təyin edib
# 26 avqust 2011 11:17 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Avropa İttifaqı Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndə təyin edib. APA-nın Avropa İttifaqının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bu vəzifəyə Filipp Lefort təyin olunub.

“Mən Filipp Lefortun bu cür mühüm vəzifəyə təyin olunmasına şadam. O regiona dair geniş məlumata malikdir və uzun müddət bu bölgədə çalışıb. Əminəm ki, bu ideal seçimdir və Avropa İttifaqının regionda rolunun artırılmasına xidmət edəcək”. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton yeni təyinatı belə şərh edib.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsini Piter Semnebi, Gürcüstandakı böhran üzrə xüsusi nümayəndə vəzifəsini isə Pyer Morel icra edib.

Qeyd edək ki, Filipp Lefort 20 ildən artıq iş stajına malik təcrübəli diplomatdır. O, 2004-2007-ci illərdə Fransanın Gürcüstanda səfiri, 2007-2010-cu illərdə Fransanın Rusiyadakı diplomatik missiyasının rəhbərinin müavini, daha sonra isə Fransa Xarici İŞlər Nazirliyində direktorluğun rəhbəri vəzifələrində çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR