Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 2 aprel aksiyasında saxlanan bir qrup şəxsin həbsinə dair bəyanat verib

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 2 aprel aksiyasında saxlanan bir qrup şəxsin həbsinə dair bəyanat verib
# 27 avqust 2011 14:27 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi İctimai Palatanın aprelin 2-də keçirilmiş razılaşdırılmamış aksiyasında saxlanan bir qrup şəxsin həbsinə dair bəyanatla çıxış edib. Nümayəndəlikdən APA-ya daxilolan bəyanatda deyilir: “Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda yerləşən Avropa İttifaqına üzv dövlətlərin Daimi nümayəndəliklərinin rəhbərlərinin razılığı ilə aşağıdakı bəyanatı verir.

2 aprel 2011-ci il tarixli dinc aksiyalardan sonra Avropa İttifaqının ölkədə toplaşma azadlığına dair öz narahatlığını ifadə edən bəyanatları xatırladaraq, Aİ Nümayəndəliyi həmin aksiyalarda iştirak etmiş altı nəfərlə bağlı dünən verilən hökmlərə dair öz təəssüfünü bildirir.

Aİ Nümayəndəliyi məhkəmə sistemini ədalətli, şəffaf və sübutlara əsaslanan apelyasiya prosesini təmin etməyə çağırır.

Aİ Nümayəndəliyi ölkədə baş verən yerli hadisələri yaxından müşahidə etməyə və müvafiq hesabatlar verməyə davam edəcək, demokratiya və qanunun aliliyi kimi sahələrdə Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərinin həyata keçirilməsində ölkəyə yardımında sadiq qalacaq”.

Sənəddə bildirilir ki, Norveç Krallığının Azərbaycandakı səfirliyi Avropa İttifaqının bu bəyanatını dəstəklədiyi qeyd olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR