Azərbaycan prezidenti ATƏT-in Bakı Ofisinin yeni rəhbərini qəbul edib

Azərbaycan prezidenti ATƏT-in Bakı Ofisinin yeni rəhbərini qəbul edib
# 31 avqust 2011 12:15 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı Koray Tarqayı ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident İ. Əliyev ATƏT-in Bakı Ofisinin keçmiş rəhbəri Bilge Cankorelin fəaliyyəti dövründə ATƏT-in Bakı Ofisi ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib.

Öz növbəsində, K. Tarqay təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR