Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı olub
# 31 avqust 2011 12:25 (UTC +04:00)
Azərbaycan prezidentinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu qeyd ediblər.

Prezidentlər müqəddəs Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, xalqlarımıza əmin-amanlıq və firavanlıq arzulamışlar.

Dövlət başçıları regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi də aparıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR