ATƏT-in Minsk qrupunun həmsədrləri illik fəaliyyət üzrə məruzələrini ATƏT-in Daimi Şurasına təqdim ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri illik fəaliyyət üzrə məruzələrini ATƏT-in Daimi Şurasına təqdim ediblər
# 03 noyabr 2011 20:06 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərini ümumiləşdirən həmsədrlər qeyd ediblər ki, ötən il regiona səkkiz dəfə səfər edib, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyanla ayrı-ayrılıqda müxtəlif yerlərdə 14 görüş keçiriblər.

Həmsədrlər həmçinin, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin region xalqları arasında daimi baryer olmadığını və bütün tərəflər hazır olduqda atəşkəs rejiminin qorunmasında hərbi koordinasiyanın mümkünlüyünü nümayiş etdirmək üçün son 4 ayda təmas xəttini dörd dəfə piyada keçdiklərini qeyd ediblər.

Hər üç vasitəçi olan dövlətin davamlı fəaliyyətini qeyd edən həmsədrlər bir daha bildiriblər ki, münaqişənin hərbi yolla həlli yolverilməzdir və status- kvo-nu dəyişdirmək, sülhə nail olmaq üçün qərara gəlməkdə tərəflərin siyasi iradə nümayiş etdirməsi mühüm rol oynayır.

Həmsədrlər həmçinin danışıqlar atmosferinin yaxşılaşdırılması, atəşkəs rejiminə riayət olunması və region xalqları arasında qarşılıqlı anlaşmaya yardım edilməsinə istiqamətlənmiş əlavə səylər barədə danışıblar.

ATƏT-in Minsk qrupunun həmsədrləri bu ayın sonunda bu məsələyə dair təkliflər üzərində işləmək və danışıqlar prosesinin davamını müzakirə etmək üçün regiona səfər etməyi planlaşdırırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR