İran və Türkmənistan Xəzərin ekologiyasının qorunması və neft axıntıları ilə mübarizənin əlaqələndirilməsinə dair Protokola imza atıblar

İran və Türkmənistan Xəzərin ekologiyasının qorunması və neft axıntıları ilə mübarizənin əlaqələndirilməsinə dair Protokola imza atıblar
# 04 noyabr 2011 08:22 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. İran və Türkmənistan Xəzər dənizinin ekologiyasının qorunması və neft axıntıları ilə mübarizə səylərinin əlaqələndirilməsinə dair Protokola imza atıblar. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Tehran və Aşqabad rəsmiləri müvafiq sənədi Məşhəddə keçirdikləri ikitərəfli görüşdən sonra imzalayıblar.

Sənədə imza atan Türkmənistanın və İranın ətraf mühit nazirləri Babageldı Ramov və Məhəmməd Cavad Məhəmmədizadə bildiriblər ki, bu sənəd dənizin ekoloji durumunun yaxşılaşdırılamasına öz töhfəsini verəcək. Onlar dənizdə neft axıntılarına qarşı səylərin daha mütəşəkkil olacağını qeyd ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR