Səfir Aqşin Mehdiyev: “Ermənistan rəhbərliyi dərk etməlidir ki, demokratiya qılıncla inkişaf etdirilə bilməz və qanunsuz hərəkətlərlə qanuni hüquqlara nail olmaq olmaz”

Səfir son aylar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki şəxslərinə və obyektlərinə qarşı hücumları intensivləşdirməsi ilə başlı narahatlığını bildirib. Sentyabr ayında ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun üç əsgəri yaralanıb.
“Xüsusilə qeyd etmək lazımdır ki, bu dövrdə Ermənistan Silahlı Qüvvələri həm işğal etdikləri Azərbaycan ərazilərindən, həm də Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərini atəşə tutublar”.
Müraciətdə qeyd edilir ki, işğal edilmiş Azərbaycan ərazilərində hərbi xidmətdə olan ermənilər arasında döyüşdən kənar zorakılıq halları da müşahidə olunub.
“Kütləvi informasiya vasitələrinin Ermənistan Müdafiə Nazirliyi tərəfindən də təsdiq olunmuş məlumatlarına görə, Ermənistan ordusunun əsgəri Hovannes Vardanyan işğal olunmuş Azərbaycan ərazilərində 14 aylıq xidmətdən sonra ruhi xəstəxanaya aparılıb. Digər əsgər Hayk Mkrtçyan isə 2011-ci il sentyabrın 7-də öz əsgər yoldaşı tərəfindən öldürülüb. Bu faktlarla bağlı ciddi narahatlığını bildirən erməni hüquq müdafiə təşkilatları 1994-cü ildə elan edilmiş atəşkəs dövründə 1500 erməni əsgərinin döyüşdən kənar şəraitdə öldüyünü qeyd ediblər. Yuxarıda adları çəkilən əsgərlər hər ikisi Ermənistan vətəndaşlarıdır və onlar Ermənistanın Ararat və Eçmiədzin rayonlarının hərbi komissarlıqları tərəfindən orduya çağırılaraq Azərbaycanın işğal olunmuş bölgələrinə hərbi xidmətə göndəriliblər. Bundan əlavə hər iki insident Ermənistan Müdafiə Nazirliyinin istintaq şöbəsi tərəfindən bu ölkənin Cinayət Məcəlləsinə uyğun şəkildə araşdırılır”.
Səfir qeyd edib ki, əvvəlki insidentlərdə olduğu kimi, Ermənistan Müdafiə Nazirliyi yenə də Azərbaycanın işğal olunmuş ərazilərində öz ölkəsinin Cinayət Məcəlləsinə uyğun istintaq aparır.
Sonra səfir Mehdiyev BMT rəsmilərinin diqqətini Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin rəhbərinin son məktubuna yönəldib. Ermənistan təmsilçisi məktubunda 2011-ci il sentyabrın 18-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində “yerli özünü idarəetmə orqanlarına” keçirilmiş qanunsuz “seçkiləri” erməni sakinlərin “fundamental hüquqlarından” istifadə etməsi kimi qələmə verib.
“O həmin regionun sayca xeyli çox olan, hüquq və azadlıqları qəsdən və kobud şəkildə pozulan azərbaycanlı əhalisinin taleyini qeyd etmir. Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarını ələ keçirmək, orada etnik təmizləmə siyasəti həyata keçirmək və Azərbaycanın işğal olunmuş ərazilərində müstəqil olmayan etnik separatçı qurum yaratmaq üçün güc tətbiq edib. Bu bir faktdır ki, Azərbaycan əraziləri işğal altındadır və müvafiq beynəlxalq hüquq normaları baxımından Ermənistan işğalçı dövlətdir.
Beynəlxalq ictimaiyyət dəfələrlə separatçı qurumun qanunsuz olduğunu, onun təcavüz və irqi ayrı-seçkiliyin nəticəsindən başqa bir şey olmadığını qeyd edib və bəyan edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bütün “seçkilər” etibarsızdır.
Yaxşı olardı ki, Ermənistan daimi nümayəndəliyinin rəhbəri və ölkə rəhbərliyi BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrini, eləcə də digər beynəlxalq təşkilatların sənədlərini və üzv dövlətlərin çoxsaylı bəyanatlarını diqqətlə oxusunlar.
Ermənistan rəhbərliyi dərk etməlidir ki, demokratiya qılıncla inkişaf etdirilə bilməz və qanunsuz hərəkətlərlə qanuni hüquqlara nail olmaq olmaz. Heç kim başqalarının fundamental hüquq və azadlıqlarının pozulması hesabına özü üçün qanuni imtiyazlar tələb edə bilməz
Azərbaycan və beynəlxalq ictimaiyyət hesab edir ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış müstəqil olmayan etnik separatçı quruma legitimlik, müstəqillik və demokratiya görüntüsü vermək cəhdləri başlanğıcdan uğursuzluğa məhkumdur”.
Xarici siyasət

Rəvan Həsənov: İslamofobiya müxtəlif adlar altında təqdim olunsa da, bu, qlobal xarakter daşıyan ciddi bir problemə çevrilib

Fərid Şəfiyev: İslamafobiya xarici siyasətin əsas istiqamətlərindən biridir - FOTO

İslam İnkişaf Bankı 2024-cü il üçün hesabatını açıqlayıb

Hikmət Hacıyev Aİ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Xəbər Lenti
Xəstəxanalar, təhsil və sosial müəssisələrdə yeni qida normaları müəyyənləşəcək
Mirasın əldə edilməsi qaydası dəyişir
Müraciət etməmiş miras şəriklərinin hüquqları təmin ediləcək
Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti yeni qaydada tənzimlənəcək
Mirasın siyahıya alınması yeni qaydada həyata keçiriləcək
Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi proseduru təkmilləşdirilir
İmtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir
Rəvan Həsənov: İslamofobiya müxtəlif adlar altında təqdim olunsa da, bu, qlobal xarakter daşıyan ciddi bir problemə çevrilib
İrsi transmissiyaya dair qanunvericilik təkmilləşdirilir
Müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir
Vergi ödəyicisinin dəyişikliklər barədə məlumat vermə müddəti qısaldılır
Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir
Fərid Şəfiyev: İslamafobiya xarici siyasətin əsas istiqamətlərindən biridir - FOTO
Sabah 27 dərəcə isti olacaq
Sədr müavini: MDM artıq investisiya fondlarının depozitarlığını həyata keçirə bilər
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib
PA şöbə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək
AMB: Banklar I rübdə “Bloomberg”də 22.6 mlrd. manatlıq əməliyyat aparıb
"A-Solutions EPT"nin rəhbəri M360 Eurasia 2025-də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
Şəmkirdə iki maşın toqquşub, xəsarət alanlar var
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır
Milli Məclisdə Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub
Ədliyyə orqanlarına inzibati vəzifəyə qəbul qaydası dəyişir
Niderlandın Kralı Prezident İlham Əliyevi təbrik edib
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin həcmi 4 dəfədən çox azalıb
Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək
Kamran Əliyev BMT Baş Katibinin müavini ilə görüşüb
Gəncədə məktəbli Elgün İbrahimovun ölümü parlamentin iclasında qaldırılıb
MM Azərbaycan və Mülki Aviasiya Təşkilatı arasında davamlı monitorinqə dair Memorandumu ratifikasiya edib
BNF Sammitinə prezidentlik Azərbaycana təhvil verilib
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi azalıb
Nəsimi rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib - FOTO
Naxçıvan Hava Limanında fövqəladə hallara hazırlıq üzrə təlim keçirilib
Avropada təbii qazın qiyməti 425 dollardan aşağı enib
Prezident: Ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər, xaricdən müdaxilə cəhdləri var
Prezident İlham Əliyev: TDT-yə üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir
Azərbaycan Prezidenti: TDT dövlət başçılarının Zirvə görüşünə ciddi hazırlıq gedir
Məleykə Abbaszadə: Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində dəyişiklik nəzərdə tutulmur
Paytaxta 7 kq narkotik gətirmək istəyən narkokuryerlər saxlanılıb
Ali məktəblərə qəbul üçün plan yerlərinin sayı artırılıb
2025-ci ildə 500 minə yaxın şəxs müxtəlif imtahanlarda iştirak edib
Fazil Mustafa: Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil
Ali təhsil müəssisələrinə ərizə qəbulunun sayı açıqlanıb
Mərkəzi Bank sukuk və digər törəmə maliyyə alətləri üçün yeni hüquqi bazanın yaradılması üzərində işləyir
Araqçi İran-ABŞ danışıqları üçün Romaya səfər edib
Məleykə Abbaszadə: Hazırda respublikanın 24 şəhər və rayonunda buraxılış imtahanları keçirilir
Səfərbərlik Xidməti Lerikdə gənclər üçün tədbir keçirib
Ötən il rezident bankların AMB-də depozitləri 52%-dən çox azalıb
Agentlik direktoru: Qısa müddətdə dövlət istiqrazlarının yenidən buraxılışına başlanacaq