Gürcüstan Xarici İşlər Nazirliyi Ermənistan prezidentinin Tiflisə səfərinin təxirə salındığını təsdiqləyib

Gürcüstan Xarici İşlər Nazirliyi Ermənistan prezidentinin Tiflisə səfərinin təxirə salındığını təsdiqləyib
# 05 noyabr 2011 09:30 (UTC +04:00)
Bazar ertəsi Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze əvvəlcədən planlaşdırılmayan bir səfər proqramı ilə İrəvana gedəcək və iki ölkə rəhbərləri arasında yaranmış gərginliyi aradan qaldırmağa cəhd edəcək.

Qeyd edək ki, Serj Sərkisyanla Mixail Saakaşavili arasında mövcud soyuqluğa Gürcüstan dövlət başçısının iki ölkə sərhədindəki torpaq sürüşməsi zamanı verdiyi bəyanat səbəb olub. O zaman Saakaşvili fövqaladə müdaxilə tələb olunduğu halda Ermənistan hökümətinin ləng hərəkət etdiyini bildirmişdi. Bunun ardınca erməni nəşrləri Sərkisyanın bu bəyanatdan bərk incidiyini və Tiflisə səfərini ləğv etdiyini yazıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR