“Nabucco” konsorsiumunun sözçüsü: “Azərbaycan borunu qazla təmin edəcəyinə dair öhdəlik götürməyənə kimi layihənin maliyyələşdirməyi nəzərdə tutan “açıq mövsümü” elan etməyəcəyik”

“Nabucco” konsorsiumunun sözçüsü: “Azərbaycan borunu qazla təmin edəcəyinə dair öhdəlik götürməyənə kimi layihənin maliyyələşdirməyi nəzərdə tutan “açıq mövsümü” elan etməyəcəyik”
# 08 noyabr 2011 09:01 (UTC +04:00)
APA-nın “New Europe” nəşrinə istinadən verdiyi məlumata görə, bu fikirləri “Nabucco” konsorsiumunun sözçüsü Kristian Dolezal deyib.

““Açıq mövsüm” ifadəsi layihənin əsas texniki parametrlərini və maliyyə mənbələri üzrə müsabiqəni əhatə edən dövrü səciyyələndirir. Açıq mövsüm prosesinə start vermək üçün qaz təchizatına dair birmənalı öhdəliklər ilkin şərtdir. “Şahdəniz” konsorsiumu bizim təkliflərimizi vaxtında aldı və biz indi onların qərarını gözləyirik. Bizim səhmdarlar “Şahdəniz” konsorsiumundan möhkəm təminatlar alandan sonra biz açıq mövsüm prosesinə start verə biləcəyik”.

Xatırladaq ki, bu günlərdə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropadakı mövcud kredit böhranının “Nabucco” üçün heç də yaxşı siqnal olmadığını bəyan edib. Bununla belə Ottinger düşünür ki, “Nabucco” üçün maliyyə qaynaqları tapıb onu yoluna qoymaq şansları hələ tükənməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR