Polad Bülbüloğlu: “Mən inaniram ki, “Bakı” jurnalının ingilis dilli versiyası layihəsi uğurlu olacaq və Azərbaycana xeyr gətirəcək”

Polad Bülbüloğlu: “Mən inaniram ki, “Bakı” jurnalının ingilis dilli versiyası layihəsi uğurlu olacaq və Azərbaycana xeyr gətirəcək”
# 12 noyabr 2011 02:49 (UTC +04:00)
Onun sözlərinə görə, ingilis dilli insanlara Azərbaycan haqqında həqiqəti çatdırmaq, ölkəmizin tarixini, mədəniyyətini və bu gününü təbliğ etmək çox önəmli məsələdir. Səfir “Bakı” jurnalının ingilis dilli versiyasının çox gözəl tərtibatda çap olunduğunu söyləyib: “Bütün dünyada tanınmış brendlərin jurnalda reklamı gedir. Mən inanıram ki, “Bakı” jurnalının ingilis dilli versiyası layihəsi də uğurlu olacaq və Azərbaycana xeyr gətirəcək”.

“Rusiya federasiyası ərazisində Azərbaycan həqiqətlərini, tarixini və mədəniyyətini təbliğ edən ilk jurnal “Bakı” jurnalıdır”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov bildirib. Baş konsul jurnalın oxucu kütləsinin geniş olduğunu söyləyib: “Bu jurnalı Rusiyanın bütün regionlarında həm hakimiyyəti təmsil edən insanlar, həm də sadə vətəndaşlar oxuyurlar. İndi isə jurnalın ingilis dilli versiyası bütün dünya ictimaiyyəti üçün buraxılıb. Bu Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çox gözəl vasitədir”.

“Moskvada “Bakı” jurnalının ingilis dilli versiyasının təqdimat mərasimin keçirilməsi Rusiya-Azərbaycan dostluğu istiqamətində atılan böyük bir addımdır”. Bunu Azərbaycanın Yekaterenburqdakı baş konsulu Soltan Qasımov bildirib. S. Qasımov jurnalın Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafında hər zaman rol oynamasını arzuladığını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR