QAT 20 noyabr tarixinin “Erməni terroru qurbanlarının xatirə günü” kimi qeyd olunmasını təklif edib

QAT 20 noyabr tarixinin “Erməni terroru qurbanlarının xatirə günü” kimi qeyd olunmasını təklif edib
# 15 noyabr 2011 10:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Xocavənd rayonu Qarakənd kəndi səmasında baş verən 20 noyabr terror aktının 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin sədrinə və deputatlara müraciət ünvanlayıb.

QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 20 noyabr tarixinin “Erməni terroru qurbanlarının xatirə günü” kimi qeyd olunmasının təklif olunduğu məktubda bildirilib ki, münaqişə zonasına gedən Azərbaycanın dövlət adamlarına, ictimai xadimlərə, jurnalistlərə, xarici müşahidəçilərə qarşı ermənilər tərəfindən terror aktı həyata keçirilib və nəticəsində bu şəxslər xüsusi amansızlıqla qətlə yetirilib: “Bu və digər hadisələr Ermənistanda terrorun dövlət siyasəti səviyyəsində həyata keçirildiyini əyani şəkildə göstərib. Bu gün Ermənistanda həmin terrorçu rejim hakimiyyətdədir. Erməni terrorunun qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və ermənilərin terrorçu mahiyyətinin bütün dünyaya bir daha nümayiş etdirilməsi vacib məsələlərdəndir. Ona görə də təklif edirik ki, Milli Məclisin növbəti iclasında 20 noyabr terroru ilə bağlı məsələyə baxasınız və həmin tarixin “Erməni terroru qurbanlarının xatirə günü” kimi qeyd olunması haqqında qərar qəbul edəsiniz. Bu qərarın qəbul olunması erməni terrorunun qurbanı olmuş minlərlə soydaşımızın, həmçinin çağdaş tariximizdə qətlə yetirilmiş insanlarımızın xatirəsinin anılması üçün vacibdir. Eyni zamanda bu tarixin qeyd olunması Ermənistan rejiminin terrorçu mahiyyətinin ifşa edilməsi üçün ciddi rol oynaya bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR