İranda azərbaycanlı hüquq müdafiəçisi, yazıçı-publisist Səid Nəimi barəsində həbs müddəti uzadılıb

İranda azərbaycanlı hüquq müdafiəçisi, yazıçı-publisist Səid Nəimi barəsində həbs müddəti uzadılıb
# 15 noyabr 2011 13:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin həmtəsisçisi, yazıçı-publisist Səid Nəimi barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb. S. Nəiminin vəkili Məhəmmədrza Fəqihinin APA-ya verdiyi məlumata görə, həbs-qətimkan tədbirinin müddəti yanvar ayına qədər də artırılıb. Həmin vaxta qədər prokurorluq ittiham aktını təqsirləndirilən şəxsə təqdim etməli və cinayət işinin materiallarını baxılması üçün məhkəməyə göndərməlidir.

Qeyd edək ki, S. Nəimi mayın 8-də İran İnformasiya və Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Hüquq müdafiəçisinin barəsində çıxarılan həbs-qətimkan tədbirinin dəyişdirilməsi və girov qarşılığında azadlığa buraxılmasına dair vəsatətinə də mənfi cavab verilib.

S. Nəimi milli ayrı-seçkilik salmaqda ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR