Rusiya vətəndaşlarının 48 faizi SSRİ-nin bərpasını istəyir

Rusiya vətəndaşlarının 48 faizi SSRİ-nin bərpasını istəyir
# 15 noyabr 2011 13:56 (UTC +04:00)
Bakı-APA. Rusiya vətəndaşlarının 50 faizə yaxını sabiq SSRİ respublikalarının birləşməsi ideyasına tərəfdardır. APA-nın məlumatına görə, bu, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğu nəticəsində məlum olub. Rusiyada bu cür inteqrasiyanın tərəfdarları 48 faiz təşkil edir. Postsovet respublikalarının birləşməsinə tərəfdar olanların 23 faizi inteqrasiyanın könüllü və bərabər hüquqlar əsasında, 15 faizi Gömrük Birliyi formatında, 10 faizi isə Avrasiya İqtisadi Birliyi formatında baş verməsini istəyir.

Əvvəlki əlaqələrin bərpasına qarşı çıxanlar ölkə vətəndaşlarının cəmi 8 faizini təşkil edir.

Rusiya vətəndaşlarının fikrincə MDB məkanında ən stabil və uğurlu nəticələrə imza atan dövlət Qazaxıstandır. Sorğuda iştirak edənlərin 42 faizi bu sualın cavabında Qazaxıstanın adını çəkib (ötən il 34%). Respondentlər Qazaxıstanı Rusiyanın ən stabil tərəfdaşı hesab edirlər.

Mərkəz başqa postsovet respublikalarında da birləşmə ideyasına münasibəti öyrənmək məqsədilə sorğu keçirib. Birləşmə ideyasına ən çox tərəfdar olan Qırğızıstan (67%) və Belarus (62%) vətəndaşlarıdır. İnteqrasiyaya ən az tərəfdar olanlar azərbaycanlılar (24%) və litvalılardır (26%).

Sorğu ötən ay Rusiyanın 46 regionunda, Belarus, Qırğızıstan, Azərbaycan və Litvada keçirilib. Soruöda Rusiyadan 1600, dörd digər dövlətdən isə 4577 respondent iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR