Azərbaycan prezidenti “Euronews” kanalının Müşahidə Şurasının sədrini və İcraedici Şuranın baş direktorunu qəbul edib

Azərbaycan prezidenti “Euronews” kanalının Müşahidə Şurasının sədrini və İcraedici Şuranın baş direktorunu qəbul edib
# 16 noyabr 2011 11:00 (UTC +04:00)
APA-nın məlumatına görə, “Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesani ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. Ölkəmizə bundan əvvəlki səfərini xatırlayan qonaq ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb. Ötən dövrü “Euronews” kanalı ilə Azərbaycanın fəal əməkdaşlıq mərhələsi kimi xarakterizə edən prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR