Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Argentina Beynəlxalq Əlaqələr Şurası arasında əməkdaşlıq Memorandumu imzalanacaq

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Argentina Beynəlxalq Əlaqələr Şurası arasında əməkdaşlıq Memorandumu imzalanacaq
# 18 noyabr 2011 08:33 (UTC +04:00)
SAM-dan APA-ya verilən məlumata görə, səfər çərçivəsində Buenos-Ayresdə Latın Amerikasının aparıcı beyin mərkəzlərindən biri olan Argentina Beynəlxalq Əlaqələr Şurası (CARİ) və SAM arasında əməkdaşlığa dair Memorandumun imzalanması nəzərdə tutulub.

İmzalanacaq sənəddə tərəflər arasında toplantıların, görüşlərin keçirilməsi, birgə araşdırmaların aparılması, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və s. məsələlər nəzərdə tutulub.

Səfər çərçivəsində G. Paşayeva CARİ-də “Azərbaycan regional və qlobal siyasətdə” mövzusunda keçiriləcək konfransda “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” adlı məruzə ilə çıxış edəcək. Tədbirdə Azərbaycanın daxili və xarici siyasəti, Cənubi Qafqazın müasir geosiyasəti, Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində oynadığı rol, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun regional təhlükəsizliyə təsiri və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Səfər müddətində G. Paşayevanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən təşkil olunacaq bir sıra ictimai-mədəni tədbirlərdə iştirakı da planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR