Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib

Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib
# 18 noyabr 2011 12:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Xarici İşlər Nazirliyi 13 noyabr 2011-ci il tarixində
Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada 13 noyabr 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib: “Azərbaycan Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR