Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin plenar iclasında iştirak edəcək

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin plenar iclasında iştirak edəcək
# 19 noyabr 2011 15:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin vitse-prezidenti Asəf Hacıyev qurumun 38-ci plenar iclasında iştirak etmək üçün noyabrın 20-də Tirana şəhərinə (Albaniya) səfər edəcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda «İnformasiya və kommunikasiya texnologiyaları – davamlı iqtisadi inkişafa yardım» mövzusunda məruzələr dinləniləcək, quruma üzv ölkələrdə vergi sisteminin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə dair müqavilələrin yerinə yetirilməsi, fasiləsiz təhsil sistemi ilə bağlı müzakirələr keçiriləcək və bir sıra təşkilati məsələlərə baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR