TBMM Xarici Əlaqələr Komissiyasının sədri: “Bakıda özümüzü vətənimizdəki kimi hiss edirik”

TBMM Xarici Əlaqələr Komissiyasının sədri: “Bakıda özümüzü vətənimizdəki kimi hiss edirik”
# 21 noyabr 2011 08:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Özümüzü Bakıda vətənimizdəki kimi hiss edirik”. APA-nın xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Volkan Bozkır deyib. O bildirib ki, Azərbaycanla Türkiyə arasında heç vaxt problem ola bilməz, yalnız dostluq və qardaşlıq ola bilər.

V. Bozkırın başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Qonaq Milli Məclis rəhbərliyi ilə görüşəcək. Onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü də gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR