Elmar Məmmədyarov Rumıniyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb - FOTO

Elmar Məmmədyarov Rumıniyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb - <font color=red>FOTO</font>
# 21 noyabr 2011 12:02 (UTC +04:00)
Bakı – APA. Xarici İşlər naziri Elmar Məmmədyarov Rumıniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniil Kristian Ciobanunu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etimadnaməsinin surətini nazirə təqdim edən D. Ciobanu Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu qeyd edib.

O, iki ölkə arasında bir sıra sahələrdə, xüsusi ilə iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan-Rumıniya əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini vurğulayıb.

Öz növbəsində, E. Məmmədyarov səfir təyin olunması münasibətilə rumıniyalı diplomatı təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb.

Görüşdə, həmçinin, qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR