Ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının tərkibi təsdiq edilib

Ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının tərkibi təsdiq edilib
# 21 noyabr 2011 18:01 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov komissiyanın həmsədri təyin olunub. Komissiyanın tərkibinə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramov, Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini Natiq Abbasov, Azərbaycan Respublikası vergilər nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev, Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Tofiq Zülfüqarov daxil olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR