Argentina Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fond yaradılıb - FOTO

Argentina Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fond yaradılıb - <font color=red>FOTO </font>
# 23 noyabr 2011 07:52 (UTC +04:00)
Bakı – APA. Noyabrın 21-də Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində akademik, ictimai və mədəni tədbirlər həftəsi başlayıb. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlərdə iştirak üçün millət vəkilləri Mirkazım Kazımov, Asim Mollazadə və Ceyhun Osmanlı, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayevdən ibarət nümayəndə heyəti Argentinaya səfər edib.

Argentina Milli Kitabxanasında Azərbaycan haqqında nəşrlərdən ibarət fondun yaradılması ilə bağlı təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan səfir Məmməd Əhmədzadə Argentina Milli Kitabxanası kimi Latın Amerikasının aparıcı elmi, intellektual və mədəni mərkəzlərindən birində Azərbaycan haqqında müxtəlif dillərdə çap olunmuş nəşrlərdən ibarət fondun yaradılmasını vacib hadisə kimi qiymətləndirib. O, səfirlik tərəfindən Argentina Milli Kitabxanasına hədiyyə olunan 100-dən artıq müxtəlif dillərdə kitab, jurnal və materiallardan ibarət nəşrlərin siyahısını Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Azərbaycan” kitabı ilə birlikdə Milli Kitabxananın prezidenti, Argentinanın tanınmış sosioloqu və ictimai xadimi Horasio Qonzalesə təqdim edib. Azərbaycan nümayəndə heyəti adından çıxış edən Asim Mollazadə Azərbaycanın tarixən müxtəlif sivilizasiyaların qovşağında yerləşən çoxmədəniyyətli bir ölkə olmasından, ölkənin qədim və zəngin tarixi-mədəni irsindən danışaraq bu gün də Azərbaycanın sivilizasiyalararası dialoqa, habelə Xəzər bölgəsi ilə Avropa arasındakı əməkdaşlığa verdiyi töhfələrdən bəhs edib.

Tədbirdə Azərbaycanla bağlı fonddakı nəşrlərin nümayişi, Azərbaycanın görməli yerlərinin foto-sərgisi və Azərbaycan milli mətbəxi təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR