Macarıstanda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib - FOTO

Macarıstanda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib - <font color=red>FOTO</font>
# 26 noyabr 2011 10:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Macarıstandakı səfirliyi ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “III Respublikanın 20 ili” adlı beynəlxalq elmi konfrans keçirib. APA-nın xəbərinə görə, konfransı giriş sözü ilə səfir Vilayət Quliyev açıb. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Macarıstan xarici işlər nazirinin müavini Piter Staray təbrik nitqi ilə konfrans iştirakçılarına müraciət ediblər. İki gün davam edən tədbirdə Azərbaycan və macar alimlərinin, iki ölkənin müxtəlif ictimai təşkilatlarının və dövlət strukturları nümayəndələrinin 25 məruzəsi dinlənilərək müzakirə edilib. Macarıstan Milli iqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının həmsədri Roza Nad, Macarıstan parlamentinin deputatı Marton Döndöşü, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Milli Məclis üzvləri Gövhər Baxşəliyeva və Mubariz Qurbanlı məruzələrində iki ölkə arasındakı qarşılıqlı münasibətlərin müxtəlif mühüm və aktual aspektlərinə toxunublar. Bütünlükdə, Azərbaycanın müasir dünyadakı yeri və mövqeyi, son 20 ildə respublikamızın dövlət quruculuğu, iqtisadiyyat, elm və mədəniyyət sahəsində qazandığı diqqətəlayiq uğurlar, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyası və s. məsələlər beynəlxalq elmi konfransda müzakirə edilən məsələlər sırasında olub. Londonda yaşayan azərbaycanlı, məşhur skripka ifaçısı, Avropa Mədəniyyət Parlamentinin üzvü Səbinə Rakçeyeva tədbir iştirakçıları qarşısında klassik Azərbaycan və Avropa musiqisi nümunələrindən ibarət kiçik konsert proqramı ilə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR