“Koç Holding”in bölgə müdiri: “Dağlıq Qarabağda hər hansı fəaliyyətimizdən söhbət gedə bilməz” - EKSKLÜZİV

“Koç Holding”in bölgə müdiri: “Dağlıq Qarabağda hər hansı fəaliyyətimizdən söhbət gedə bilməz” - <font color=red>EKSKLÜZİV</font>
# 28 noyabr 2011 10:08 (UTC +04:00)
Holdinqin tərkibindəki BEKO firmasının Xankəndində təmsilçilik açdığına dair xəbərə sərt reaksiya verən Oral Bozqurd deyib: “Orada BEKO markası adı ilə açılan mağaza yoxdur. Bu xəbərlər haradan çıxır? Bütün qlobal markalarla bağlı belə hallar olur. Bölgəyə bizim mallarımız İrandan, Rusiyadan, Gürcüstandan gedə bilər. Bir adam bizim malımızı oradakı hansısa mağazada görür, sonra mağazanın telefon nömrəsini yazıb internetə qoyur. Bəlkə də o mağazanın əsas işi bijuteriya satmaqdır, bizim də bir neçə məhsulumuz haradansa gedib ora çıxıb. Bu işlərin bizimlə heç bir əlaqəsi yoxdur. Mən bölgədəki siyasi vəziyyəti bilirəm. Biz qətiyyən Qarabağa mal göndərmərik və orada mağaza açmaq ağlımıza da gəlməz. Biz bir yerdə mağaza açanda və ya hansı bir bölgəyə təmsilçilik verəndə bunu hamı bilir. Biz Azərbaycanda birinci yerdəyik. Qarabağ bölgəsinə nə mal göndərmişik, nə də orda hər hansı fəaliyyətimizdən və satışımızdan söhbət gedə bilər”.

Qeyd edək ki, Türkiyənin ən böyük şirkətlər qrupu olan “Koç Holding” Azərbaycana ən çox sərmayə yatıran Türkiyə şirkəti sayılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR