Ayətullah Fazil Lənkəraninin oğlu Rafiq Tağının qətlinə haqq qazandırıb - FOTO

Ayətullah Fazil Lənkəraninin oğlu Rafiq Tağının qətlinə haqq qazandırıb - <font color=red>FOTO</font>
# 28 noyabr 2011 10:40 (UTC +04:00)
APA-nın məlumatına görə, M. C. Lənkərani deyib ki, müsəlmanlar islam dəyərlərinə qarşı məkrli planların gerçəkləşməsinə icazə verməyəcəklər: “Şükürlər olsun ki, Allahın intiqam əli qeyrətli müsəlmanlarda zühur etdi və islamı və onun peyğəmbərini təhqir edən xəbis adamı öldürərək cəhənnəmə göndərdi. Onu qətlə yetirən qatil müsəlmanların ürəyini şad etdiyi və Allahın əmrini icra etdiyi üçün Tanrının yanında böyük mükafat sahibi olacaq”. M. C. Lənkərani Rafiq Tağının öldürülməsi ilə bağlı Azərbaycan xalqını təbrik edərək onun qətlinə fətva vermiş atası Fazil Lənkəraninin xatirəsini anıb.

Qeyd edək ki, 2006-cı ildə ayətullah Fazil Lənkərani “Avropa və biz” adlı məqaləsində islamı təhqir etdiyi iddiası ilə Rafiq Tağı barəsində ölüm fitvası verib. Fazil Lənkərani 2007-ci ildə vəfat edib. Rafiq Tağı isə noyabrın 19-da “İran və qloballaşma qaçılmazlığı” məqaləsindən sonra Bakıda bıçaqlanıb və dörd gün sonra - noyabrın 23-də aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR