İlham Əliyev Qambiya prezidentini təbrik edib

İlham Əliyev Qambiya prezidentini təbrik edib
# 28 noyabr 2011 18:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qambiya Respublikasının prezidenti Yəhya Cammehə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir:

“Hörmətli cənab prezident, Qambiya Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Qambiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, səadət, dost Qambiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR