Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib

Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib
# 29 noyabr 2011 12:40 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən bildirilib ki, Qrenada Komitənin sədri, Azərbaycan, İran İslam Respublikası, Madaqaskar və Mərakeş vitse-prezident, İspaniya isə Komitənin məruzəçisi seçilib.

İclasda qərara alınıb ki, Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti yeddinci sessiyası Qrenadada keçiriləcək.

Bununla yanaşı, Komitənin sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, Azərbaycanın iki qeyri-hökumət təşkilatının (Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyi) akkreditasiya edilməsi tövsiyə edilib. QHT-lərin akkreditasiyası 2012-ci ildə keçiriləcək Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Konvensiyanın İştirakçı Dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası zamanı həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR