Azərbaycan prezidenti bolqarıstanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti bolqarıstanlı həmkarını təbrik edib
# 02 mart 2012 15:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycan dövlət başçısı İlham Əliyev Bolqarıstan prezidenti Rosen Plevneliyevə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanla Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Əminəm ki, bu ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, bir çox sahələri əhatə edən ikitərəfli əməkdaşlığımız və çoxşaxəli əlaqələrimiz bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR