Britaniya səfiri Gəncə şəhərinə səfər edəcək

Britaniya səfiri Gəncə şəhərinə səfər edəcək
# 06 mart 2012 14:07 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman 6-7 mart tarixlərində Gəncə şəhərində səfərdə olacaq. Bu barədə APA-ya Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər tanışlıq xarakteri daşıyır. Diplomatın şəhər rəhbərliyi, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR