Xorvatiya prezidenti: “Azərbaycan iş adamları və turistlər üçün gediş-gəlişi asanlaşdırmaq üçün viza rejiminə yenidən baxmalı olduğumuz ölkələrdən biridir”

Xorvatiya prezidenti: “Azərbaycan iş adamları və turistlər üçün gediş-gəlişi asanlaşdırmaq üçün viza rejiminə yenidən baxmalı olduğumuz ölkələrdən biridir”
# 13 mart 2012 15:10 (UTC +04:00)
APA-nın Xorvatiya prezidentinin mətbuat xidmətinin məlumatına istinadən yaydığı məlumata görə, bu fikirləri Xorvatiya prezidenti İvo Yosipoviç Bakıda bu ölkənin konsulluğunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, Xorvatiya hökumətinin bir sıra dövlətlər, o cümlədən Azərbaycanla viza rejimini altı ay müddətinə ləğv etməsinə baxmayaraq bu rejimin daha da liberallaşdırılmasına ehtiyac var: “Burada Bakıda yaşayan və işləyən xorvatlar da maraqlıdır”.

Xatırladaq ki, Xorvatiyanın Azərbaycanda fəxri konsulu vəzifəsinə Kənan Məmmədov təyin olunub.

Xatırladaq ki, aprelin 1-dən oktyabrın 31-dək Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstan vətəndaşları yalnız ümumvətəndaşlıq pasportu ilə Xorvatiyaya səfər edə bilərlər. Bu ölkələrin vətəndaşları üçün viza rejiminin müvəqqəti olaraq ləğv edilməsi Xorvatiyada turizmin inkişafına dəstək məqsədi daşıyır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR