Azərbaycanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
# 18 mart 2012 00:17 (UTC +04:00)
APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə İran XİN etirazını bildirərək, ittihamları rədd edib. Bildirilib ki, Azərbaycanın hərəkətləri Naxçıvanda bağlanan üç tərəfli sazişə və iki ölkənin müdafiə nazirlərinin imzaladığı razılaşmaya ziddir.

Qeyd olunub ki, “sionist təşkilatlar başqa ölkələrdə də oxşar ittihamların İrana qarşı irəli sürülməsinə təşəbbüs göstərirlər”.

Öz növbəsində, Cavanşir Axundov bildirib ki, Azərbaycan İranla əməkdaşlığın genişlənməsində maraqlıdır. O, Tehranın rəsmi mövqeyini Azərbaycan hökumətinə çatdıracağını deyib.

Azərbaycan XİN-in mətbuat xidmətindən səfirimizin İran XİN-ə çağırılması faktını təsdiqləyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR